Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub.
İnsider.az xəbər verir ki, Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur.
Nazirlər Kabinetindən məlumat təsdiqlənib.
Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.