Bu ilin sentyabr ayında Rusiyanın əsas ixrac məhsulu olan “Urals” markalı neftin orta qiyməti avqust ayına nisbətən 6,6%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 1,8 dəfə bahalaşıb və 1 bareli 72,46 ABŞ dollarına satılıb.
Bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bu ilin avqust ayında “Urals” markalı neftin orta qiyməti 1 barel üçün 68 ABŞ dolları olub.
Ümumilikdə isə cari ilin yanvar-sentyabr ayları aralığında “Urals” neftinin orta qiyməti 65,96 ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövründə isə bu qiymət 40,84 ABŞ dollarına bərabər olub.