Vaşinqtoun qeyrikommersiya analitik İkipartiyalı Siyasət Mərkəzindən (Bipartisan Policy Center, BPC) olan mütəxəssislərin qiymətləndirməsinə görə, amerikan federal hökümətin öz bütün hesablarını vaxtında və tamamilə ödəyə bilməyəcəyi tarix artıq cari ilin sentyabrın ilk yarsında başlaya bilər. İnsider.az-ın məlumatına görə, bu haqda amerikan təşkilatının saytındakı relizində deyilir.
Mərkəzin təqdim olunmuş bəyanatında qeyd olunur ki, müvaif nəticələrə ekspertlər son məlumatların təhlili əsasında gəliblər. Mərkəzin iqtisadi siyasət üzrə direktoru Şay Akabas qeyd edib ki, defolt riski federal gəlirlərn azaldığı təqdirdə arta bilər. O zaman, analitiklərin fikrincə, sentyabrın elə ilk iki həftəsinə baş verəcək. Bunu ekspertlər gözlənildiyindən daha az vergi daxilolmaların proqnozları ilə əlaqələndirirlər.
Ümumilikdə Ştatların federal gəlir artımı “ölüvay” olub və təxmin edilən 6%-dənsə, cəmi 3% təşkil edib. Ekspertlərin rəyinə görə, bu il ABŞ üçün defolt riskini aradan qaldırmağın yeganə yolu dövlət borcunun bağlanması müddətini yaxın həftələrdə uzatmaqdır.
Bunun üçün ekspertlər hakimiyyətə amerikan Konqressilə bu mövzu üzrə danışıqları aktivləşdirməyi tövsiyə ediblər.
Samirə Məmmədova