Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsindən sonra bu ölkəni Tehranda təmsil edən diplomat İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd olunur ki, hazırda Kanadanın İrandakı maraqlarını İtaliya səfiri təmsil edir.
Rəsmi Tehran bildirib ki, Kanada hökumətinin ölkənin mənafeyini qoruyan hərbi qurumu terror təşkilatı sırasına aid etməsi İranın təhlükəsizlik maraqlarına ziddir. İran qarşı tərəfə xəbərdarlıq edib ki, rəsmi Tehran lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Oxu.Az