serveti-tenderin-legvi-ile-rekord-qirdi

Sərvəti "tenderin ləğvi ilə" rekord qırdı

Amazonun yaradıcısı Ceff Bezosun sərvəti, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu ildə Microsoftun qazandığı tenderi ləğv etməsinin ardından, Amazon səhmlərinin bahalaşması ilə əlaqədar olaraq 211 milyard dollara yüksələrək rekord səviyyəyə çatıb.

Keçmiş ABŞ prezidenti Donald Tramp dövründə keçirilmiş və Microsoftun qazandığı tenderi Pentaqonun ləğv etməsindən sonra Amazonun səhmləri 5% bahalaşıb. Amazon səhmlərinin bahalaşması ilə Bezosun sərvəti 8,4 milyard dollar artıb.

Beləliklə, Amazonun yaradıcısının fərdi sərvəti 211 milyard dollara çataraq yeni rekord səviyyəni görüb.

Amazon, tenderin haqsız bir şəkildə Microsofta verildiyi iddiası ilə məhkəməyə müraciət etmişdi. Bundan sonra ABŞ Müdafiə Nazirliyi  10 milyard dollarlıq tenderini ləğv etdi. Tender yenidən keçiriləcək və Amazon da iştirak edə biləcək.

Marja