seudiyye-erebistani-ecnebiler-ucun-daimi-yasayis-proqramini-ise-salib

Səudiyyə Ərəbistanı əcnəbilər üçün daimi yaşayış proqramını işə salıb

Əcnəbilər artıq Səudiyyə Ərəbistanında daimi yaşayış proqramına müraciət edə biləcəklər.

İnsider.az xəbər verir ki, bunun dəyəri 800 min rial, yaxud, təxminən, 213 min dollardır.

Ancaq daha əlverişli variant da var: müddəti uzadılmaq ehtimalı ilə 1 illik yaşıyış. Onun dəyiri isə, təxminən, 27 min dollardır. Premium-rezidensiya əcnəbilərə müstəqil şəkildə daşınmaz əmlak almağa, biznes aparmağa, eləcə də əlverişli vaxtda krallığın ərazisini sərbəst şəkildə tərk etməyə imkan verəcək.

Bundan əlavə, viza ərizəçinin ailə üzvlərinə də veriləcək. Müraciət üçün əsas tələblər bunlardır: azı 21 yaş, maliyyə durumunu, məhkumluq yaşamadığını təsdiq edən sənədlər, tibbi arayış.

Sakinlər isə kral ailəsinin təşəbbüsünü isti qarşılamayıb. Sosial şəbəkələrdə tez-tez "Səudiyyə Ərəbistanı səudiyyəlilər üçündür" şüarından istifadə olunur.

Xatırladaq ki, əcnəbilər üçün daimi yaşayış proqramı may ayında Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu ideyanı ilk dəfə 2016-cı ildə vəliəhd Məhəmməd bin Salman səsləndirib. O, Səudiyyə Ərəbistanı iqtisadiyyatının neftdən asılılığını azaltmaq və xarici investisiyaların cəlb edilməsi planlarını açıqlamışdı.

Əlavə edək ki, belə proqram artıq Birləşmiş Ərəb Əmirliklərində mövcuddur və bu ölkədə xarici rezidentlər 10 il müddətinə qala bilirlər. Qətərdə isə daimi yaşayış imkanı yaradan qanun qəbul edilib.

©"Report"