Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" iyunun 4-də keçirilən OPEC+ nazirlərinin 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.
Bu barədə bazar ertəsi “The Wall Street Journal” şirkətin məlumatlarına istinadən məlumat yayıb.
Arab Light markalı neftin qiyməti 0,45 dollar/barel artırılıb. Şirkət həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.
ABŞ və Şimal-Qərbi Avropa üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.
İyunun 4-də OPEC+ ölkələri neft hasilatını könüllü olaraq azaltmaq qərarını 2024-cü ilin sonuna qədər uzadıb. Onlar növbəti il üçün hasilatın səviyyəsinin sutkada 40,46 milyon barel olacağı barədə razılığa gəliblər.
Marja