seudiyye-erebistani-opec-ile-bagli-siyasetini-deyismeyecek

Səudiyyə Ərəbistanı OPEC+ ilə bağlı siyasətini dəyişməyəcək

"Səudiyyə Ərəbistanında yeni energetika, sənaye və mineral ehtiyatlar nazirinin təyin edilməsi ölkənin OPEC+ ilə bağlı siyasətinə təsir etməyəcək".

İnsider.az xəbər verir ki, bu barədə bazar ertəsi OPEC-in baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi çərçivəsində bildirib.

"Bəli, Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndəsi ilə əlaqə saxlamışam. O, ölkəsinin OPEC+ siyasətində dəyişiklik olmayacağını təsdiqləyib", - baş katib deyib.

Qeyd edək ki, daha əvvəl kralın oğlu şahzadə Əbdül Əziz bin Salman Əl-Səud Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri təyin edilib. O, bu postda Xalid əl-Falehi əvəz edib.

Səudiyyə Ərəbistanı OPEC-in ən böyük neft istehsalçısıdır və eyni zamanda OPEC+ sazişinə rəhbərlik edir.

© Report