seudiyye-erebistani-qeter-ile-serhedlerini-acir

Səudiyyə Ərəbistanı Qətər ilə sərhədlərini açır

Küveyt Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı quru, dəniz və hava sərhədlərinin  açılması üçün razılaşma təmin edilib.

Səudiyyə Ərəbistanı, 5 Yanvarda Riyadda keçiriləcək Körfəz Əməkdaşlıq Şurasına Qətəri də dəvət edib.

2017-ci ildə Səudiyyə  Ərəbistanı, Bahreyn, Birləşmiş Ərəb Əmrlikləri və Misir terrora dəstək verməsi, mətbuatda terror təşkilatlarının təbliğatını aparması kimi səbəblər ilə Qətər ilə diplomatik əlaqələrini kəsmişdilər.