Səudiyyə Ərəbistanı ölkəsini turizmə açmağa hazırlaşır. Həcc ziyarətləri, ailə əlaqələri və ya peşəkar səfərlər xaric, Səudiyyə Ərəbistanına turist kimi səfər etmək üçün rəsmi olaraq viza verilmir.
İnsider.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Sentyabr ayının sonunda turizm vizasının tətbiqinə başlayacaq.
İlk mərhələdə 50 ölkə ilə vizanın həyata keçirilməsi gözlənilir. Viza rüsumunun 440 rial (Təxminən 200 manat) olacağı gözlənilir.
HƏLƏ YEKUN QƏRAR VERİLMƏYİB
Hökumət tərəfindən verilən açıqlamada isə ölkəni turizmə açmaq planları olduğu təsdiqlənib, amma hələlik yekun bir qərar verilmədiyi qeyd edilib.
2016-ci ildən bu yana aşağı səviyyədə olan neft qiymətlərinə görə, Səudiyyə Ərəbistanı, iqtisadiyyatı şaxələndirməyə çalışır. Vəliəhd Şahzadə Salmanın iqtisadiyyatı diversifikasiyası planı çərçivəsində ölkənin turizmə açmaq planları olduğu bilinir.
QIRMIZI DƏNİZİN SAHİLİ TURİZMƏ AÇILACAQ
"Bloomberg"in verdiyi məlumatlara görə, ən əhəmiyyətli turizm layihələri arasında Qırmızı dəniz sahilini investisiyalara açmaq da yer alır. Eyni zamanda Şahzadə, paytaxt Ər-Riyad yaxınlığında bir əyləncə parkı da tikdirir. Səudiyyə Ərəbistanı hökuməti keçən il əcnəbilərin "xüsusi" tədbirlərə qatılmaları üçün internet üzərindən viza müraciəti etmələrinə icazə verməyə başlamışdır.
Ölkədəki "Al Ula" antik şəhərinin də turizmə daxil edilməsi hədəflənir.
©Marja