Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun İcraçı direktoru Emin Nasser aprel ayında gündəlik istehsalı 300 min barel artıracaqlarını açıqlayıb. Beləliklə, şirkətin gündəlik istehsalı 12.3 milyon barelə çatacaq.
İnsider.az xəbər verir ki, Rusiya, ötən cümə günü toplanan OPEC-in hasilatın azaldılması təklifinə razı olmamış, bundan sonra Səudiyyə Ərəbistanı neft ixracatında qiymət endiriminə getmiş, həmçinin istehsalını artıracağını bəyan etmişdi.
Brent neft qiyməti dünən 30% düşərək 31.7 dollara geriləmişdi. Brent neftin barel qiyməti bu dəqiqələrdə 36 dolların üzərindədir. Saat 13:30-a olan məlumata görə, Brent nefti 6% bahalaşma ilə 36,42 dollardan alıcı tapıb. Neftin barel qiyməti ilin əvvəlində 70 dollara yaxın idi.
2014-cü ildə də Səudiyyə Ərəbistanı ilə ABŞ arasında neft qiyməti müharibəsi yaşanmış, Brent neftin barel qiyməti 2014-də 115 dollar ikən, 20 Yanvar 2016-da 27.70 dollara qədər düşmüşdü.
Marja