seudiyye-erebistaninda-koronavirusa-yoluxanlarin-sayi-keskin-artdi

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı kəskin artdı

Səudiyyə Ərəbistanında daha 472 nəfərə koronavirus diaqnozu qoyulub.

İnsider.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Yaxın Şərq ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 4 934 nəfərə çatıb.

Ölkədə pandemiya qurbanlarının sayı da daha 6 nəfər artaraq 65-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 867 000-i ötüb. Bunların 434 098 nəfəri sağalıb, 115 275 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report