seudiyye-erebistaninda-yetkinlik-yasina-catmayanlarin-edami-qadagan-edildi

Səudiyyə Ərəbistanında yetkinlik yaşına çatmayanların edamı qadağan edildi

Səudiyyə Ərəbistanında yetkinlik yaşına çatmayanlar barəsində çıxarılmış ölüm hökmü həbslə əvəz olunacaq.

Müvafiq bəyanat Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyasının “Twitter” səhifəsində yerləşdirilib.

“Bu, Səudiyyə Ərəbistanı üçün vacib gündür. Fərman daha müasir cinayət məcəlləsini yaratmağımıza kömək edəcək", - İnsan Haqları Komissiyasının rəhbəri Avvad əl-Avvad qeyd edib.

Bildirilir ki, yetkinlik yaşına çatmayanların edam cəzası 10 ildən çox olmayan həbs müddəti ilə əvəz olunacaq.

Oxu.Az