Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Əbdüləziz bin Salman, "Saudi Aramco" müəssisələrinə təşkil edilmiş hücumların ardından neft istehsalını normal səviyyələrə qaldırdıqlarını bildirərək, "Neft hasilatımız təkrar sabitləşib və bütünlüklə əvvəlki halına gətirdik. Hücumlara dair səhifəni artıq çevirdik" deyib.
Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Əbdüləziz bin Salman, Rusiyanın paytaxtı Moskvadakı "Rusiya Enerji Həftəsi" çərçivəsində təşkil olunan "Qeyri-sabit Bir Dünyada Enerji Asılılığını Qorumaq" adlı sessiyada çıxış edib.
"Saudi Aramco"nun 2 obyektinə təşkil edilən hücumların ardından vəziyyətin təkrar sabitləşdirdiyini deyən Əbdüləziz bin Salman, "Neft hasilatımız təkrar sabitlləşib və bütünlüklə əvvəlki səviyyəsinə çatdırmışıq. Hücumlara dair səhifəni artıq çevirdik",- deyib.
Salman, Səudiyyə Ərəbistanının mövcud neft istehsal gücünün gündəlik 11,3 milyon barrel olduğunu dilə gətirib.
Hücumlara baxmayaraq etibarlı neft tədarükçüsü olduqlarını sübut etdiklərini qeyd edən Şahzadə Salman, "Bacardığımız işi hər kəsə göstərməyə hazırıq, hər kəsi müəssisələrimizi səfər etməyə dəvət edirik", -şəklində danışıb.
Qeyd edək ki, Bu gün Brent nefti 57 dollar səviyyələrinə düşüb.
Marja