Səudiyyə Ərəbstanın loukosteri olan “Flyadeal” “Boeing 737 MAX”-ın 50 təyyarəsinin təchizatına dair müqaviləni ləğv edib. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir. Daşıyıcı bu model laynerlərdən imtina edən ilk aviaşirkət oldu.
Agentliyin qeyd etdiyinə görə, aviaşirkət “Boeing” əvəzinə “Airbus 320” almaq qərarına gəlib. Bna dair müqavilə ötən ay bağlanıb, sifarişçi qismində isə “Saudi Arabian Airlines” loukosterin ana şirkəti çıxış edib.
Xatırladaq ki, ötən ilin oktyabrın 29-u “Lion Air” aviaşirkətinin “Boeing 737 MAX” təyyarəsi Cakarta üzərində qəzaya uğramışdı. Göyərtədə olan bütün 189 bəfər həlak oldu. Cari ilin martın 10-da isə Efiopiyadan Keniyaya uçan “Boeing 737 MAX” qəza etdi və bütün sərnişin və ekipaj (157 nəfər) həlak oldu.
Bundan sonra “Boeing 737 MAX”-ın uçuşları aviaqəzaların səbəblərinin aydınlaşdırılmasına qədər bütün dünyada durduruldu. Uçuşlara olan qadağa şirkətə 1 milyard dollara başa gəldi: korporasiyanın xalis gəliri 2019-cu ilin ilk rübündə 13%-ə endi. Həmçinin 400-dən çox pilot “Boeing”-ə qarşı kollektiv iddia qaldırdılar. Onlar şirkətin onlardan “737 MAX” sistemindəki çatışmazlıqlarını gizlətdiyini bəyan etdilər.
Samirə Məmmədova