seudiyye-erebistaninin-fondu-10-milyard-dollar-borc-almagi-planlasdirir

Səudiyyə Ərəbistanının fondu 10 milyard dollar borc almağı planlaşdırır

Səudiyyə Ərəbistanının Dövlət Sərmayə Fondu böhrandan yaranan fürsətləri əldən verməmək üçün borc alaraq sərmayə yatırmağı planlaşdırır.
Səudiyyə Ərəbistanının Dövlət Sərmayə Fondunun (PIF) SoftBank Group Corp.ın texnologiya fondundakı payı qarşılığında 10 milyard dollar borclanmaq istədiyi bildirilir. 

İnsider.az xəbər verir ki, mövzuya yaxın mənbələrə görə, Dövlət Sərmayə Fondu, 100 milyard dollarlıq Vision Fund-da olan sərmayələrinin bir qisimini girov qoymaq şərtilə kredit üçün sərmayə bankları ilə danışıqlar aparır.

Koronavirus pandemiyası başladığından bu yana dünyanın ən böyük şirkətlərində sərmayə qoymaq üçün fürsətləri gözləyən PIF, Cümə günü Facebook Inc., Boeing Co. və Citigroup Inc. kimi qlobal şirkətlərə sərmayə qoyduğunu açıqlamışdı.

Aprel Fondun rəhbəri Yasir Əl-Rumayyan, böhrandan yaranan bütün fürsətlərə baxdıqlarını bildirmişdi.

Marja