seudiyye-erebistaninin-sahzadeleri-koronavirusa-yoluxdu

Səudiyyə Ərəbistanının şahzadələri koronavirusa yoluxdu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

İnsider.az xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, kral ailəsinə daxil olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxduqları ehtimal olunur. 

84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda öznütəcrid şəraitində yaşadığı bildirilib.

Şahzadə vəliəhd Məhəmməd bin-Salmanın isə bir neçə nazirlə birlikdə sarayda olduqlarına dair xəbər yayılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 2 795 yoluxma, 41 ölüm faktı qeydə alınıb.