Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Qaşıqçının qətlinə görə Fransada məhkəməyə verilib.
Məlumata görə, iki qeyri-kommersiya təşkilatı “Democracy for the Arabic World Now” və “Traal International” şahzadədən Paris İstintaq Məhkəməsinə şikayət edib.
İddia olunub ki, şahzadənin 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Qaşıqçının başına gətirilənlərdə əli var.
Qeyd edək ki, Bin Salman dövlət başçısı olmadığı üçün cinayət təqibinə qarşı “immunitetə” malik deyil.
Oxu.Az