seudiyyeli-nazir-opec-formati-ilin-sonunadek-uzadila-biler

Səudiyyəli nazir: OPEC+ formatı ilin sonunadək uzadıla bilər

Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih neft hasilatına məhdudiyyət gətirmək barədə OPEC+ formatındakı razılaşmanın müddətinin 2019-cu ilin sonunadək uzadılacağını mümkün sayır.

İnsider.az xəbər verir ki, nazir deyib: “May ayında Səudiyyə Ərəbistanında, iyun ayında da Vyanada görüşəcəyik. Bu görüşlər zamanı bazarın təməl göstəricilərini dəyərləndirəcəyik. Burada qlobal iqtisadiyyat, bir ölkədən tədarük artımı və başqa ölkələrdən tədarükün kəsilmələri kimi bir sıra amillər təsir edir. Bununla yanaşı, tələbatı da necə qiymətləndirməyimizin əhəmiyyəti var. Tələbatla tədarük arasında dəyişən bir amil də var ki, o da ehtiyatlardır.

Ehtiyatların normal səviyyədən yuxarı, yoxsa aşağı olduğunu dəqiqləşdirəcəyik. Ona görə istehsalın həcmini müəyyənləşdirəcəyik. Bu gün gördüklərimə və gözləntilərimə əsaslanaraq hasilat həcminə dair müəyyən razılaşma olacağını güman edirəm. Hasilat eynilə saxlanıla da bilər, bir qədər artırıla və ya azaldıla da bilər, deyə bilmərəm”.

OPEC və bu təşkilatın üzvü olmayan bir sıra neft istehsalçısı ölkələr neft hasilatını azaltmaqla bağlı 2017-ci ilin əvvəlindən qüvvədə olan sazişin müddəalarını ötən ilin sonunda modernləşdirmək qərarına gələrək, oktyabr ayının səviyyəsinə nisbətən gündəlik məcmu hasilatlarını 1,2 milyon barel azaltmaq barədə razılaşmışdı. Bu yeni şərtlər 2019-cu ilin birinci yarısı üçün razılaşdırılıb.

©Report.az