si-cinpin-cini-muharibeye-hazirladigini-aciqladi

Si Cinpin Çini müharibəyə hazırladığını açıqladı

Çin lideri Si Cinpin ölkəsini müharibəyə hazırladığını bildirib.

O, müvafiq bəyanatla Çin parlamentində çıxış edib.

Si Cinpin dörd ayrı çıxışında müharibəyə hazırlıq mövzusuna toxunub və onlardan birində generallarına xitabən “cəsarətlə vuruşun” deyib.

Onun hökumətin son on ildə iki dəfə artmış müdafiə büdcəsini 7,2% artırmağı, həmçinin ölkəni taxıl idxalından daha az asılı vəziyyətə salmağı planlaşdırdığı bildirilir.

Bundan əlavə, Pekin son aylarda yeni hərbi hazırlıq qanunlarını açıqlayıb. Həmçinin Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının inşası və ölkə daxilində “Milli Müdafiə Səfərbərliyi”nin yeni ofislərinin yaradılması da məlumdur.

Oxu.Az