Siciliyada havanın hərarəti 48.8 dərəcəyə çatıb.
Bu barədə bölgənin aqrometereoloji informasiya mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla da 1977-ci ildən bəri qüvvədə olan və Afinada qeydə alınan Avropa istilik rekordu (+48) yenilənib.
Qeyd olunub ki, İtaliyadakı anomal istilər Afrikadan gələn “Lüsifer” adlı antisiklon ilə bağlıdır.