sigorta-bazarina-xarici-investorlarin-celb-edilmesine-baslanilib

Sığorta bazarına xarici investorların cəlb edilməsinə başlanılıb

Azərbaycan sığorta bazarına xarici investorların cəlb edilməsi ilə bağlı qanunvericiliyin təhlil edilməsi və sığorta qanunvericiliyinin Beynəlxalq Sığorta Prinsiplərinə uyğunlaşdırılması proseslərinə başlanılıb.

İnsider.az xəbər verir ki, bu barədə  açıqlamasında Maliyyə Bazalarına Nəzarət Palatasının (FİMSA) Sığorta Fəaliyyətinə nəzarət departamentinin rəisi Firdovsi Ağaşirinov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Azərbaycan sığorta bazarının inkişafı fonunda sektora yeni mexanizmlərin tətbiq edilməsi və ictimaiyyətdə sektora etimadın yüksəldilməsinə nail olunulacaqdır ki, bu da sektorun investisiya cəlbediciliyini artıracaqdır. 

"Əlavə olaraq qeyd olunmalıdır ki, 28 iyun 2019-cu il tarixdə Azərbaycanda “Azərbaycan sığorta bazarı: imkanlar və trendlər” adlı Beynəlxalq Forum çərçivəsində iştirak etmiş xarici ölkə nümayəndələrinə və Forum iştirakçılarına Azərbaycan sığorta bazarının investisiya imkanları və cəlbediciliyi barəsində də təqdimat həyata keçirilib.

Hazırda Azərbaycanın sığorta bazarında xarici kapitalın payı 10 faizi ötmür, sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici kapitalın iştirakının maksimum limiti  2017-ci il yanvarın birindən 100 faiz təşkil edir.

Bununla yanaşı əcnəbi fiziki və hüquqi şəxslərin bazara çıxışı var, halbuki 2015-ci ilədək əcnəbi sığortaçılar belə hüquqa malik idilər.

Qeyd edək ki, 2008-ci ilədək xarici kapitalın iştirak payı bir şirkətin kapitalında 49 faizi ötə bilməzdi. Lakin 2014-cü ilin martında "Sığorta fəaliyyəti haqqında" qanun qüvvəyə mindikdən sonra bütün sığorta bazarının ümumi kapitalına limit təyin edilib. Bu o deməkdir ki, 100 faizlik xarici kapitala malik şirkətin yaradılmasına məhdudiyyət aradan qaldırılıb. Kvotanın tükənməsi bazara əcnəbilərin girişinə məhdudiyyətin aradan qaldırılması deməkdir. 

Hal-hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir və ancaq bir şirkətin (AXA Mbask) kapitalında xarici investisiya mövcuddur.

© Report