sigorta-sirketinin-rehberi-deyisir

Sığorta şirkətinin rəhbəri dəyişir

"Standard Insurance"ın rəhbərliyində dəyişiklik olub.

İnsider.az xəbər verir ki, sığorta şirkətinin Direktorlar Şurasının sədri Babayev Rəhman Əlifağa oğlu vəzifədən gedib. Onu bu vəzifədə Məmmədov Nicat Məhərrəm oğlu əvəz edib. 

Həmçinin Heydərov Oruc Heydər oğlu və Babayev Emin Heydər oğlu Direktorlar Şurasının üzvlüyündən çıxarılıb.

Qeyd ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyıta başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Sığorta Şirkətinin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna (Bağlanan “Bank Standard” QSC-nin səhmdarı) məxsusdur.

©Finans