Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək.
İnsider.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunublar. İyulun 15-18-də keçiriləcək attestasiyada 1 rəhbər şəxs, 3 aktuari iştirak edəcək.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
© Azertag.az