silk-vey-holdinq-de-kadr-deyisikliyi-bas-verib

“Silk Vey Holdinq”də kadr dəyişikliyi baş verib

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Development” MMC-nin direktoru Emin Ələkbərzadə vəzifəsindən azad edilib.

İnsider.az xəbər verir ki, şirkətə rəhbərlik Zaur Axundova həvalə olunub.

Xatırladaq ki, “Silk Vey Development” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 77,3 milyon manatdır. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.