silk-way-aviasirketinin-direktoru-deyisib

“Silk Way" Aviaşirkətinin direktoru dəyişib

“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Aviaşirkəti” MMC-nin direktoru dəyişib.

İndiyə qədər şirkətə rəhbərlik edən Teymur Məmmədov vəzifəsindən azad edilib, onun yerinə Rəhim İslamov təyin olunub.

Dəyişikliyə səbəb T.Məmmədovun bir qədər əvvəl holdinqin yaratdığı “Aviation Services Group” MMC-nin rəhbərliyinə gətirilməsidir. O, həm də holdinqə daxil olan “Silk Way Insurance” ASC-nin Direktorlar Şurasının sədridir.

© Report