simali-koreya-lideri-cenubi-koreyani-ele-kecirmeye-hazirlasir

Şimali Koreya lideri Cənubi Koreyanı ələ keçirməyə hazırlaşır

KXDR lideri Kim Çen In Koreya Xalq Ordusu Baş Qərargahının qəfil hücumu dəf etməyi, əks hücuma keçməyi və ölkənin cənub hissəsini tam şəkildə ələ keçirməyi nəzərdə tutan təlimlər planı ilə tanış olub.

Məlumata görə, ölkə rəhbəri Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahının təlimlərə nəzarət mərkəzində olub, ümumqoşun komanda-qərargah təlimlərinin gedişi ilə tanış olub. Onlar həmin gün “KXDR ilə total müharibə” ssenarisini sınaqdan keçirən ABŞ və Koreya Respublikasının “təhlükəli, təxribat xarakterli genişmiqyaslı manevrlərinə” cavab olaraq təşkil edilib.

Koreya Fəhlə Partiyasının baş katibini müdafiə naziri Kanq Sun Nam və KXO-nun marşalı Pak Çon Çxon müşayiət edib, ordunun Baş Qərargah və Baş Kəşfiyyat İdarəsinin rəisləri qarşılayıblar.

Oxu.Az