simali-makedoniyada-ilk-defe-qadin-prezident-secilib

Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib

Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib.

Ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokratik Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-nin sayılmasından sonra 65,14 % nəticə ilə öndədir.

Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) məlumatına əsasən, seçicilərin 29,25 %-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirərək, seçicilərə dəstəyə görə təşəkkür edib və “bu andan etibarən, respublikanın bütün vətəndaşlarının prezidenti kimi” çıxış edəcəyini bildirib.

Xatırladaq ki, adıçəkilən Balkan ölkəsində parlament seçkilərində müxalifət öndədir.

Report