Kuba rəhbərliyi Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin öldürülməsi ilə əlaqədar matəm elan etmək qərarına gəlib.
Bildirilib ki, iyulun 11-də matəm elan olunacaq. Ölkənin hərbi və digər dövlət qurumlarında dövlət bayraqları yarıya endiriləcək.
Xatırladaq ki, iyulun 8-də Yaponiyanın keçmiş baş naziri Sindzo Abeyə qarşı sui-qəsd olub. 67 yaşlı siyasətçi ölkənin Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən vurulub. Belə ki, 41 yaşlı Nara sakini Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş baş nazirə iki dəfə atəş açıb. Sindzo Abe xilasedici helikopterlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Report