sirli-firon-tutanxamonun-xezineleri-istanbulda-foto

“Sirli Firon Tutanxamonun xəzinələri” İstanbulda - FOTO

407 əsərin yer aldığı, kral Tutankhamonun xəzinələrindən ibarət sərgi  İstanbul Akvarium Mərkəzində həvəskarlara təqdim edilib.

Misir tarixində “Uşaq kral” kimi tanınan Tutankhamun eramızdan əvvəl 1342-1325-ci illərdə yaşamış və eramızdan əvvəl 1332-1323-cü illər arasında hökm sürmüşdür.

Adının mənası “Amunun canlı obrazı” olan Tutanxamon 8-9 yaşlarında taxt-taca oturdu. İncə bədən quruluşlu və təxminən 1,67 metr boyunda olduğu düşünülən kralın müxtəlif sağlamlıq problemləri ilə yanaşı, sol ayağında sümük nekrozu, skolioz və əsadan istifadəni tələb edən deformasiya da var idi.

Fivanı yenidən paytaxt elan edən və diplomatik əlaqələrdə uğur qazanan kralın təşəbbüsü ilə həyata keçirilən bir çox tikinti layihələri onun ölümü səbəbindən tamamlana bilmədi.

Tutankhamonun məzarı 1922-ci ildə arxeoloq və misirşünas Hovard Karter tərəfindən aşkar edilmişdir. Onun məzarından çıxarılan bütün artefaktlar 2022-ci ildən Qahirədəki yeni Böyük Misir Muzeyində nümayiş etdirilir.

Səbinə Səmidxan