sirvanda-ve-sekide-dovlet-emlaklari-ozellesdirilib

Şirvanda və Şəkidə dövlət əmlakları özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 2 dövlət əmlakı özəlləşdirilib.

Məlumata görə, bunlar kiçik dövlət müəssisələridir, Şirvan şəhərində və Şəki rayonunda yerləşir.

Hərraclarda iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin internet səhifəsinə (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. İştirak etmək istəyən şəxslərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Report