Səudiyyə Ərəbistanının yeni təyin edilmiş Neft naziri Şahzadə Əbdülaziz bin Salman, ölkəsinin neft siyasətində radikal dəyişikliklər olmayacağını deyib.
Şahzadə Dünya Enerji Konqresində mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Səudiyyə Ərəbistanında radikal dəyişən heç bir şey yoxdur. Bir nəfər gedir, bir nəfər gəlir. Səudiyyə Ərəbistanının enerji siyasətinin bir neçə dirək üzərində dayandığını düşünürəm. Bu dirəklər dəyişməyib",- deyib.
Səudiyyə Ərəbistanı Kralı Salman, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Rusiya və digər istehsalçılarla birlikdə hazırladığı istehsalın azaldılması müqaviləsinin memarlarından biri olan keçmiş neft naziri Xalid Əl-Falihi vəzifədən azad edib.
©Marja