siyasi-psixologiya-merkezi-ve-harvard-kennedy-school-un-azerbaycanli-mezunlari-onlayn-work-shop-keci

Siyasi Psixologiya Mərkəzi və “Harvard Kennedy School”-un azərbaycanlı məzunları onlayn “work shop” keçirəcək - FOTO

Avqust ayı ərzində “Konfliktlərin idarə edilməsi” mövzusunda 4 sessiyadan ibarət “work shop” təşkil ediləcək.

Siyasi Psixologiya Mərkəzi və ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan “Harvard Kennedy School”-un azərbaycanlı məzunları tərəfindən təşkil edilən “work shop”-un ilk sessiyası ayın 11-də baş tutub. Qeyd edək ki, 11 avqustdan 20 avqust tarixinə qədər 4 sessiyanın keçirilməsi planlaşdırılır.

İ“Work shop”-un əsas məruzəçisi münaqişə tərəfləri arasında danışıqların aparılması üzrə peşəkar mütəxəssis Emili Epşteyndır. Daha öncə Harvard Hüquq məktəbində hüququ tədris edən, E.Epşteyn hazırda isə ABŞ-ın Berkli universitetində  fəaliyyətini davam etdirir.

Onlayn rejimdə keçiriləcək sessiyalarda müasir dövrdə konfliktlərin idarə edilməsində tətbiq edilən son akademik nəzəriyyələr müzakirə ediləcək. Əsas olaraq Ermənistan-Azərbaycan münaqişəsi götürüləcək. Sessiyalarda nəzərdən keçiriləcək istiqamətlər - münaqişə tərəfləri ilə iş zamanı istifadə edilən metodikalar, qərar qəbul edən tərəf ilə danışıqların aparılması olacaq. 

İlk sessiyada müxtəlif sahələrdə fəaliyyət göstərən, qeyri hökumət təşkilatlarının əməkdaşları, ölkənin sosial gündəmində fəallığı ilə seçilən şəxslər eləcə də özəl şirkətlərin rəhbərləri iştirak edib.

Mövzu ilə əlaqədar aparılan fikir mübadiləsinə Azərbaycan respublikasının Parlament üzvləri, dövlət qurumlarının idarə mərkəzlərinin əməkdaşları da qoşulub.

Səbinə Səmidxan