siyavus-novruzovdan-teklif-dovleti-tehqir-edenlere-qarsi-mubarize-aparanlar-medalla-teltif-olunsunla

Siyavuş Novruzovdan TƏKLİF: Dövləti təhqir edənlərə qarşı mübarizə aparanlar medalla təltif olunsunlar

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov yeni medalın təsis olunmasını təklif edib.

Siyavuş Novruzov deyib ki, Azərbaycan dövlətinə, Milli Məclis ünvanına bəzi bloqerlər təhqiramiz fikirlər səsləndirir.

“Belələrinə qarşı mübarizə aparanlar var. Təklif edirəm ki, dövlətə, dövlət rəhbərliyinə qarşı təhqir səsləndirənlərə qarşı mübarizə aparanlara da medal və ya orden verilsin”, - deyə o əlavə edib.

Oxu.Az