siyavus-novruzovun-istefasi-qebul-edildi

Siyavuş Novruzovun istefası qəbul edildi

Siyavuş Novquzovun Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən azad edilməsi barədə müraciəti qəbul edilib.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Dünən partiyanın İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək partiyada tutduğu vəzifədən azad edilməsini xahiş edib.

Qeyd edək ki, S.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının karantin qaydalarının pozularaq təşkil olunduğu toy mərasimində iştirak edib.

Nəticədə S.Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.

APA