smartfon-batareyasinin-dusmeni-olan-meshur-proqramlar-hansilardir

Smartfon batareyasının "düşməni" olan məşhur proqramlar hansılardır?

Hər gün onlarla mobil proqramdan istifadə edirik və onlardan bəziləri smartfonun batareyasını daha tez tükəndirir.

Rusiyanın "Powerbank MTS Yurent" şirkətinin texniki direktoru İlya Kazakov hansı proqramların smartfon batareyası üçün arzuedilməz olduğunu açıqlayıb.

Ekspertin fikrincə, smartfonun batareyası müxtəlif səbəblərdən tez boşalır. Onlardan biri arxa planda işləyən çox "ağır" proqramlardır.

"Sosial şəbəkələr - onlar arxa fonda işləyir, trafik və enerjini audio və videoların səsləndirilməsinə sərf edir, bildirişlər göstərir, geolokasiyadan, mikrofondan, kameralardan istifadə edir və məlumat toplayır", - ekspert izah edib.

Digər resurs tutumlu proqramlar məşhur mesencerlər "Telegram" və "WhatsApp"dır. Onlar həmçinin arxa planda işləyir, söhbətləri və kanalları yeniləyir, məlumat toplayır və bildirişlər alırlar.

"Oyunların batareyanızı boş yerə sərf etməsi təəccüblü deyil - onlar prosessor və qrafik xidmətlərinə maksimum yüklənirlər. Belə oyunlara məşhur "Call of Duty Mobile" və "Fortnite" də daxildir", - deyə o əlavə edib.

Samrtfon nə qədər çox xidmətdən istifadə edərsə, bir o qədər çox batareya istehlak edər. Xəritələr və naviqatorlar da enerji tutumlu hesab olunurlar. Onlar həm GPS, həm də internet bağlantılarından istifadə edirlər.

"Bir çox insan "YouTube", "Twitch" və ya "Netflix"i açır və onlara praktiki olaraq arxa planda saatlarla baxır. Təbii ki, bu, akkumulyator üçün çox çətindir", - deyə mütəxəssis qeyd edib.

Oxu.Az