smartfonlarin-gozlenilmez-zereri-aciqlanib

Smartfonların gözlənilməz zərəri açıqlanıb

Avstraliyalı alimlərin bəyanatına əsasən, mobil telefonların sıx-sıx istifadəsinə görə cavanların kəllələrində sümük şişləri yaranır.

İnsider.az bu barədə “NJ.com”-a istinadla xəbər verir.

Onların sözlərinə görə, buynuzabənzər çıxıntılar ənsədə əmələ gəlir. Bu, təzyiqiqn onurğadan baş əzələlərinə yer dəyişməsinə və başın qabağa əyilməsinə görə baş verir. Bu da öz növbəsində bağ və vətərlərdə sümük böyümələrinə səbəb olur.

Alimlər hesab edir ki, onların kəşfini orqanizmin müasir texnologiyaların istifadəsinə fizioloji adaptasiyasının ilk sənədləşməsi saymaq olar.

Samirə Məmmədova