sme-bankciliq-yay-mektebi-basa-catdi

SME Bankçılıq Yay Məktəbi başa çatdı

AccessBank-ın  bankçılıq üzrə iş təcrübəsi olmayan və karyerasını Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün nəzərdə tutulmuş SME Bankçılıq Yay Məktəbi layihəsi sona çatdı. 2 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər. Fərqlənən namizədlər tezliklə Bankda işlə təmin olunacaqlar.

May-iyun aylarında baş tutan sənəd qəbulu zamanı yay məktəbinə qatılmaq üçün çoxsaylı müraciətlər daxil olub. Bakı və bölgələrdən olan məzunlar ilkin mərhələdə iştirak etmək üçün CV və video formatında sualları cavablandıraraq müraciət ediblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, məntiqi təfəkkürü və dünyagörüşü nəzərə alınıb. Sonda 9 universitetin 15 məzunu proqrama qatılıb. Onlar Bankda Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə biliklər əldə edərək, iş prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq gəliblər.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.