“Snap” (“itən” foto və videoların göndərilməsi üçün tətbiqin tərtibatçısı olan “Snapchat”) 2019-cu ilin ikinci rübündə mənfəətini 48%-dək, yəni 388 milyon dollara kimi artırıb – analitiklər şirkətin mənfəətini 360,5 milyon dollar olaraq gözləyirdilər. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.
ARPU (bir fəal istifadəçidən gələn orta mənfəət) 1,91 dollar təşkil edib. Orta hesabla ikinci rübdə aktiv istifadəçi sayı, günə 203 milyon nəfər olmaqla, 8% artıb – bu, 191,7 milyon belə istifadəçi gözləyən analitiklərin proqnozundan yüksəkdir.
Şirkət, agentliyin qeydinə görə, 7-9 milyon yeni istifadəçini əlavə edilmiş reallıq alətləri sayəsində cəlb edə bilib.
Şirkətin hesabatı fonunda onun səhmləri Nyu-York fond birjasında 4,88% artıb və bir qiymətli kağız üzrə 14,83 dollar qiymətinədir.
Samirə Məmmədova