Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə müşavir təyin edilib.
İnsider.az xəbər verir ki, bu, iqtisadi məsələlər üzrə vitse-prezident müşaviri Kamal Dadaşovdur.
K.Dadaşov Naoma Biznes Məktəbində maliyyə üzrə magistr dərəcəsinə yiyələnmiş, Emlyon Biznes məktəbində MBA təhsili almışdır. Bununla yanaşı o, Geneve Business School-da müəllim kimi çalışır.
Qeyd edək ki, hazırda SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovdur.
Banker.az