socar-antipin-neft-emali-zavodunun-satinalmasini-nezerden-kecirir

“Socar” Antipin neft emalı zavodunun satınalmasını nəzərdən keçirir

Azərbaycanın dövlət şirkəti "Socar" Antipin neft emalı zavodunun əldə olunması imkanını təhlil edir. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

“Hazırda Azərbaycan şirkətinin hüquqşünasları Rusiyanın ən iri və müstəqil “Antipinskiy” neft emalı zavodunun satınalması barədə təklifi təhlil edilər”, - agentlik yazır. Əldə edilmə məqsədi barədə “Socar”-ın vitse-prezidenti Elşad Nəsirov “müflis olmuş aktivlərin qiymətlərinin adətən, olduqca cəlbedici” olduğunu söyləyib.

Əgər “Socar” zavodu almaq qərarına gəlsə, bu, Azərbaycan şirkətinin Rusiyada ilk aktivi olacaq.

Samirə Məmmədova