"SOCAR Türkiyə" şirkətinin rəhbəri Zaur Qəhrəmanov, "Düşən neft qiymətlərilə əlaqədar olaraq ikinci neft-kimya layihəmiz üçün son sərmayə qərarını 2021-ci ilin son rübünə təxirə saldıq" deyib.
İnsider.az xəbər verir ki, Zaur Qəhrəmanov, yeni növ koronavirusun (Kovid-19) təsirilə neft-kimya məhsulları ixracını Avropadan şərq ölkələrinə "sürüşdürdüklərini" qeyd edərək, "Neft qiymətlərinin 20 dollar səviyyəsinə qədər düşməsilə, hər kəs kimi biz də təsirləndik. Düşən neft qiymətləri səbəbilə ikinci neft-kimya layihəmiz üçün son sərmayə qərarını 2021-in son rübünə təxirə saldıq. İnanırıq ki 45-55 dollar arasındakı qiymətlər Amerika, Səudiyyə Ərəbistanı və Rusiya ilə bərabər digər ölkələr üçün də ideal səviyyədir" deyib.
Marja