Bu il yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 158 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,8 % çoxdur.
Report