SOCAR bu ilin üçüncü rübündə 2 milyon tonadək neft, 1,8 milyard kubmetrdən çox təbii qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8 faiz, qaz istehsalını isə 11,4 faiz artırıb.
Şirkətdən bildirilib ki, hesabat dövründə SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib.
Ümumiyyətlə, bu ilin üçüncü rübündə ölkə üzrə 9,4 milyon tondan çox neft, 8,7 milyard kubmetr qaz hasil olunub. Doqquz ayda isə ölkədə 26 milyard kubmetr qaz çıxarılıb.