socar-iraqdan-neft-alacaq

SOCAR İraqdan neft alacaq

Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

İnsider.az xəbər verir ki. bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

"SOCAR Turkey Energy"nin rəhbərinin sözlərinə görə, bu günə qədər "Star" neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

"İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırıq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq".

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun verdiyi məlumata görə, SOCAR heç bir zaman Star zavodu üçün İran nefti idxal etməyib.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə "Star" neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.

© Trend