“SOCAR-Petrofac” MMC (SOCAR və “Petrofac Facilities Management Limited” şirkəti tərəfindən yaradılmış birgə müəssisə) və BP arasında “Layihə İdarəetmə Xidmətləri” (“Project Management Services”) müqaviləsini imzalanıb.
“Petrofac”aın yaydığı məlumata görə, müqavilə BP şirkətinin Azərbaycan və Gürcüstandakı fəaliyyətini dəstəkləyəcək.
Məlumata əsasən, üçillik müqavilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri, Cənubi Qafqaz Qaz Boru Kəməri və Qərb İxrac Boru Kəməri layihələri çərçivəsində BP-nin həm dəniz, həm də quruda olan fəaliyyətini əhatə edəcək.
Qeyd edək ki, “SOCAR-Petrofac” MMC 2017-ci ildə yaradılıb (SOCAR – 51%, “Petrofac Facilities Management Limited” – 49%). Birgə müəssisəsinin yaradılmasında əsas məqsəd Böyük Britaniyanın “Petrofac” şirkətinin iştirak etdiyi təlim xidmətləri tenderlərində yerli təlim vasitələrinə olan tələbatın ödənilməsidir.
© APA