socar-rusiyada-neft-emali-zavodu-alir-rovneq-abdullayevden-aciqlama

SOCAR Rusiyada neft emalı zavodu alır - RÖVNƏQ ABDULLAYEVDƏN AÇIQLAMA

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna marağı var".

İnsider.az xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur.

"Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır", - deyə R.Abdullayev qeyd edib.