Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gənclərin startap layihələrinə maliyyə vəsaiti ayıracaq.
İnsider.az xəbər verir ki, bu barədə gənclərlə görüşdə bildirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, startap layihələrinin həyata keçirilməsi üçün gənclər arasında müsabiqə keçiriləcək və bunun üçün SOCAR-ın Elm Fonduna ildə 250 min manata qədər vəsait ayrılıb.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, 30 yaşa qədər gənclər layihələrini təqdim edəcəklər. Onun sözlərinə görə, Elm Fondu ilə birlikdə jüri yaradılacaq və seçilən layihələrin maliyyələşdiriılməsi üçün vəsait ayrılacaq.