son-11-ilde-bir-ilk

Son 11 ildə bir ilk

Dolların qiyməti 7 yuanı keçib.

İnsider.az xəbər verir ki, dollar/yuan məzənnəsi son 11 ildə ilk dəfə 7 səviyyəsini aşıb (Dollar bahalaşıb, yuan ucuzlaşıb).

Məzənnə bu səhər  7.0256 dolları görüb.

Sonuncu dəfə dollar 7 yuan səviyyələrinə 2008-ci ildə qalxmışdı.

YENİ TARİFLƏRƏ CAVAB

Çinin milli valyutasının ucuzlaşması ilə ticarət müharibəsi böyüyür. Yuanın ucuzlaşmasının Donald Trampın sonuncu gömrük tarif təhdidinə qarşı Çinin addımı kimi şərh edilir. Analitiklər bildirirlər ki, Pekin Yuanın dəyər itirməsinə icazə verib. 

PBOC: TƏDBİRLƏR GÖRMƏYƏ HAZIRIQ

Çin Mərkəzi Bankı PBOC, ABŞ-ın Çin mallarına əlavə gömrük tarifi qərarları ilə əlaqədar olaraq pul vahidini (yuan) stabil saxlaya bilmək üçün qısamüddətli sərt tədbirlər görməyə hazır olduğunu açıqlayaraq, yuanın dollar qarşısında 2008-ci ildən bu yana ilk dəfə 7 səviyyəsinin üzərində olduğunu qeyd edib.

Çin Mərkəzi Bankı açıqlamasında Yuanın səbət məzənnələr qarşısında güclü və stabil qalmağı davam etdirdiyini bildirib. Həmçinin açıqlamada "Mərkəzi Bankın lazımlı tədbirləri görmək üçün yeni vasitələr yaratmağa davam edəcəyi" bildirilib. 

©Marja