Türkiyənin Antalya vilayətinin Manavqat rayonunun ərazisində başlayan yanğın 20 hektar meşə ərazisini əhatə edib.
Bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.
Qeyd olunur ki, havanın küləkli olması alovun daha sürətlə yayılmasına səbəb olur.
İlkin məlumata görə, yanğın ərazidən avtomobillə keçən şəxsin söndürülməmiş siqaretin kötüyünü meşəyə atması nəticəsində başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə dörd helikopter və 23 yanğınsöndürən maşın cəlb edilib.